...

Azərbaycanın xarici işlər naziri Tehranda Azərbaycan-İran münasibətlərini müzakirə edəcək

Siyasət Materials 15 Sentyabr 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tehranda Azərbaycan-İran əməkdaşlığının ikitərəfli və regional perspektivlərini müzakirə edəcək.

Azərbaycan XİN başçısının İrana səfəri Ramazan bayramından sonra gözlənilir, bu barədə çərşənbə axşamı jurnalistlərə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib.

"Səfər barədə razılıq xarici işlər naziri Elmar Məmmədyarovun İranın xarici işlər naziri Manuçehr Mötəkki ilə telefon söhbəti zamanı əldə olunub", - səfir bildirib.

Azərbaycan xarici işlər nazirinin Tehranda siyasi məsələlərlə yanaşı, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti