...

Gürcü mühafizəkarlar Quantanamodan məhbusların Gürcüstan həbsxanalarına mümkün ola bilən köçürülməsinə qəti etiraz edirlər

Siyasət Materials 28 Sentyabr 2009 16:59 (UTC +04:00)
Mühafizəkarlar partiyasının lideri Zviad Dzidziquri məhbusların Quantanamo-dan Gürcüstan həbsxanalarına mümkün ola bilən köçürülməsi məsələsinin hətta müzakirəyə qoyulmasına qarşı çıxır.
Gürcü mühafizəkarlar Quantanamodan məhbusların Gürcüstan həbsxanalarına mümkün ola bilən köçürülməsinə qəti etiraz edirlər

Gürcüstan, Tbilisi, 28 sentyabr / Trend , müxbir N.Kirsxalia/

Mühafizəkarlar partiyasının lideri Zviad Dzidziquri məhbusların Quantanamo-dan Gürcüstan həbsxanalarına mümkün ola bilən köçürülməsi məsələsinin hətta müzakirəyə qoyulmasına qarşı çıxır.

Bu gün keçirilən brifinqdə mühafizəkarların lideri bildirib ki, əldə etdiyi məlumata əsasən, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-a səyahəti zamanı Quantanamo məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi Deniel Fridlə görüşərək məhz bu məsələni müzakirə edib.

"Bu kimi qərarlar dar çərçivədə qəbul edilməməlidir. Biz hesab edirik ki, tələsik qəbul edilən qərar Gürcüstanın xarici siyasətini dəyişə bilər, xüsusən də ona görə ki, ölkənin qarşısında ciddi çağırışlar durur və ölkənin çox sayda düşmənləri mövcuddur", - Dzidziquri qeyd edib.

Mühafizəkarlar danışıqlar prosesinə Gürcüstan müxalifəti nümayəndələrinin də daxil edilməsi ilə bağlı xahişlə ABŞ tərəfinə müraciət ediblər.

"Bu kimi qərarlar ölkəni yeni bir siyasi qarşıdurmaya gətirib çıxara bilər", - Dzidziquri bəyan edib.

"Xalq müdafiəçisinə yardımın göstərilməsi xahişi ilə müraciət ediləcəkmi" sualına mühafizəkarların lideri cavab verərək bildirib ki, yeni ombudsman hələ bu vəzifəni tutmağa layiq olduğunu təsdiq etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti