Gürcüstan, Tbilisi, 2 окtyabr / Trend , N.Kirsxaliya/
Gürcüstan Parlamentinin "Torpaqların ərazi bütövlüyünün bərpası" müvəqqəti komissiyasının rəhbəri Şota Malaşxiya, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya planlaşdırılmış səfərini beynəlxalq ictimaiyyətə "növbəti çağırış" kimi qiymətləndirib.
Lavrov bu gün Suxumiyə səfər edəcək. Onun səfəri çərçivəsində Abxaziya ilə Rusiya arasında bir neçə sənədin rəsmiləşdirilməsi gözlənilir.
Malaşxiyanın dediyinə görə, bu səfər onu göstərir ki, Rusiya Avropa Birliyinin yeni qətnaməsini və Talyavini komissiyasının hesabatını saymır və daha aqressiv hərərkət edir ki, bu da beynəlxalq ictimaiyyətə çağırışdır. O deyib ki, Rusiyanın xarici işlər naziri gürcülərin etnik təmizləndiyi bölgəyə səfər edir.