...

Azərbaycan Parlamentində QİÇS-lə bağlı yeni qanun qəbul olunacaq

Siyasət Materials 19 Oktyabr 2009 15:31 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitəsi QİÇS-lə mübarizə haqqında yeni qanun layihəsi hazırlayıb.
Azərbaycan Parlamentində QİÇS-lə bağlı yeni qanun qəbul olunacaq

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycan Parlamentinin komitəsi QİÇS-lə mübarizə haqqında yeni qanun layihəsi hazırlayıb.

"Dünyada QİÇS-ə yoluxan xəstələrə münasibət dəyişdiyindən yeni qanun layihəsinin qəbuluna ehtiyac yaranıb", - bazar ertəsi Trend -a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirilib.

Trend -un arayışı: İl ərzində bütün dünyada 5 milyon, başqa sözlə sutkada 14 000-dən çox insan QİÇS və ya immun çatışmazlığı virusuna yoluxub, 30 milyon insan isə bu xəstəlikdən vəfat edib. Ölkəmizdə bu göstəricilər milyonlarla ölçülməsə də, 587 rəqəmi də Azərbaycan üçün böyükdür. Bu virusa yoluxma ehtimalı daha çox olan risk qrupu isə dəyişməz qalır: fahişələr və narkomanlar.

Təkcə 2008-ci il ərzində Azərbaycanda 300 nəfərdə QİÇS-ə yoluxma faktı aşkar edilib. Bu virusa yoluxanlardan 299 nəfəri azərbaycanlı, 1 nəfəri isə əcnəbidir. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkənlərin 254 nəfəri kişi, 45 nəfri isə qadındır. Bu il QİÇS-ə yoluxanların bir hissəsi inyeksion narkotiklərin istifadəçiləri, qalanları isə cinsi ələqə nəticəsində yoluxanlardır. Bir sözlə, hər il olduğu kimi bu il də narkotiklərdən istifadə zamanı yoluxma hallarının göstəricisi yüksəkdir

Quliyevin sözlərinə görə, Azərbaycanda "Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) virusunun törətdiyi xəstəliyin profilaktikası haqqında" qanun 1996-cı ildə qəbul olunub və həmin dövrdə ölkəmizdə cəmi bu virusa yoluxan iki xəstə olub. "Dünya praktikasında QİÇS-in yayılma yolları, onun müalicə-profilaktika tədbirləri, xəstələrin cəmiyyətdə statusu və onlara qarşı münasibət tamamilə dəyişib. Digər tərəfdən, tibb elmi elə səviyyədə inkişaf edib ki, artıq QİÇS təhlükəli xəstəlik kimi qəbul olunmur", - komitə sədrinin müavini əlavə edib.

Onun fikrincə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının model qanunlarında da QİÇS-li xəstələrə münasibət dəyişdiyindən, biz də öz qanunvericiliyimizə dəyişiklik etməliyik. "Yeni layihədə həm QİÇS daşıyıcılarına, həm də xəstələrə Azərbaycanda humanist münasibət göstərilməsi, Konstitusiyada nəzərdə tutulan bütün insan hüquq və azadlıqlarının onlara şamil edilməsi, xəstəliyinə görə onların hər hansı bir diskriminasiyaya yol verilməməsi öz əksini tapacaq", - komitə sədrinin müavinin vurğulayıb.

Quliyev deyib ki, layihə ilk dəfə komitənin oktyabrın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. "Düşünürəm ki, biz parlamentin payız sessiyasında həmin layihənin müzakirəsinə və qəbuluna nail olacağıq", - komitə sədrinin müavini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti