Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan sərhədçiləri Xəzər dənizindən nərə balığının qanunsuz ovlanması ilə məşğul olan cinayətkar qrupu zərərsizləşdirib.
Dövlət Sərhəd Xidmətnin (DSX) mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Neftçala rayonunun Kürkənd kəndi yaxınlığında 3 ədəd "Bayda" tipli qayıqla icazəsiz dənizə çıxaraq qanunsuz balıq ovlamış Neftçala rayon sakinləri Arzu Sadıqov, Rəhim Əhmədov, Ağakişi Abuzərov, Vüsal Sultanov və Qüdrət Salahov dənizdən qayıdarkən Kür çayının sahilində sərhədçilər tərəfindən saxlanılıblar.
Qayıqda qanunsuz ovlanmış 2 ton 675 kiloqram nərə cinsli balıq, o cümlədən 1349 kq nərə balığı, 1157 kq ağbalıq, 169 kq uzunburun balıq, 1 ədəd balıq aşkar edən cihaz, 100 kq kilkə balığı, 43 ədəd yanacaq çəni, 14 ədəd yanacaq filtri və digər əşyalar aşkar edilib.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb, saxlanmış şəxslər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]