...

Azərbaycan Prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib

Siyasət Materials 2 Noyabr 2009 13:42 (UTC +04:00)
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirmişdir. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb.
Azərbaycan Prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub. Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkəmizin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb.

Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirmişdir. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb.

Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası Prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Dövlətimizin başçısına fəxri doktorluq mantiyası təqdim olunub.

Tədbirdə Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları çıxış edərək təbriklərini çatdırıblar.

Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti