...

Sloveniya Prezidenti Heydər Əliyev Fondunda olub

Siyasət Materials 10 Noyabr 2009 00:30 (UTC +04:00)
Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk noyabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar.
Sloveniya Prezidenti Heydər Əliyev Fondunda olub

Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk noyabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sloveniya Prezidentini və xanımını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidentini və xanımını ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış etdilər.
Dövlətimizin başçısı bildirdi ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Sloveniya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.
Prezident Danilo Türk Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Qarşılıqlı hədiyyələr təqdim olundu.
Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.

Xəbər lenti

Xəbər lenti