Noyabrın 10-da Sloveniya Respublikasının Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri başa çatıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Azərbaycanın və Sloveniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sloveniya dövlətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Sloveniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Noyabrın 10-da Sloveniya Respublikasının Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri başa çatıb.
