...

Azərbaycanlı diplomat Kaliforniya sinaqoqunda çıxış edib

Siyasət Materials 24 Noyabr 2009 18:42 (UTC +04:00)
Los Ancelesdəki yəhudi icmalarından birinin dəvəti ilə Azərbaycanın baş konsulu Emil Süleymanov "Templ Juddea" sinaqoqunda mühazirə ilə çıxış edib. Bu barədə Azərbaycanın ABŞ-dakı Baş Konsulluğunun məlumatında deyilir.
Azərbaycanlı diplomat Kaliforniya sinaqoqunda çıxış edib

Azərbaycan, Bakı, 24 noyabr / Trend /

Los Ancelesdəki yəhudi icmalarından birinin dəvəti ilə Azərbaycanın baş konsulu Emil Süleymanov "Templ Juddea" sinaqoqunda mühazirə ilə çıxış edib. Bu barədə Azərbaycanın ABŞ-dakı Baş Konsulluğunun məlumatında deyilir.

Diplomat Azərbaycan cəmiyyətindəki tolerant adət-ənənələr və 1918-ci ildə müsəlman dünyasında ilk müstəqillik qazanmış ölkədə çoxəsirlik yəhudi tarixi barədə danışıb. İlham Əliyevin Azərbaycanın bütün vətəndaşları üçün dini və hüquq azadlıq prinsipinı tərəfdar olması, o cümlədən ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhvə xüsusi qeyd edilib.

Baş konsul stereotiplərin və ikili standartların beynəlxalq münasibətlərə mənfi təsirinə toxunub. "Azərbaycanın canlarını vətən uğrunda fəda edən müdafiəçiləri arasında bütün xalqların, o cümlədən yəhudi icmasının nümayəndələri olub", - konsul vurğulayıb.

Diplomatın fikrincə, Azərbaycan və İsrail tərəfdaşlıq əlaqələri bir çox ölkələr üçün nümunə ola bilər. Təkcə ona görə yox ki, tərəflər hər şeydə razılaşırlar, həm də ona görə ki, yaranan fikir ayrılığı dostluq və qarşılıqlı hörmət şəraitində müzakirə olunur.

Yekunda icma qarşısında çıxış etməyə imkan yaratığı üçün sinaqoqun ravvini Dan Moskoviçə minnətdarlığını ifadə edən Azərbaycan nümayəndəsi dünya monoteist dinlərinin ümumi və oxşar əlaqələri xatırladıb.

Xəbər lenti

Xəbər lenti