...

Azərbaycan və Rusiya Prezidentləri qabaqcıl nəqliyyat texnologiyaları sərgisinə tamaşa ediblər

Siyasət Materials 24 Noyabr 2009 17:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Volqa üzərindəki körpünün açılış mərasimindən sonra qabaqcıl nəqliyyat texnologiyaları sərgisinə tamaşa ediblər. Məlumatı RİA Novosti yayıb.
Azərbaycan və Rusiya Prezidentləri qabaqcıl nəqliyyat texnologiyaları sərgisinə tamaşa ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Volqa üzərindəki körpünün açılış mərasimindən sonra qabaqcıl nəqliyyat texnologiyaları sərgisinə tamaşa ediblər. Məlumatı RİA Novosti yayıb.

Prezidentlərə sürücülərin iş və istirahət rejiminə nəzarət üçün terminal, Moskvadan Sankt Peterburqa 3 saat 40 dəqiqəyə çatmağa imkan verən yüksəksürətli qatarlar, qaz-trubin qurğuları ilə lokomotivlər, avtomatlaşdırılmış idarəetmə sistemli qatarlar, su gəmilərinin idarəsinə hazırlıq üçün kompüter təlimləri nümayiş olunub.

Hökumət başçılarına QLONASS texnologiyaları əsasında intellektual nəqliyyat sistemi nümayiş etdirilib. Kompleks, məsələn, şəhər təsərrüfatını idarə etməyə imkan verir. Dispetçer istənilən park marşrutunun harada yerləşdiyini görə və marşrutu, vaxtı və onun keçidini dəyişə bilər.

Medvedev sistemi hazırlayanlardan onun tezliklə bazara çıxarılmasını xahiş edib.

Rusiya Prezidenti həmçinin Volqa körpüsünü inşa edən memarlarla söhbət edib. Memarlardan biri deyib ki, o, Ulyanovskda 1986-cı ildən - inşa işləri yenicə başlayandan burada işləyir.

"Böyük iş görülüb, bu çox çətindir. Mən sizə minnətdarlığımı bildirəm və sizi ürəkdən təbrik edirəm", - Medvedev memarlara deyib.

Xəbər lenti

Xəbər lenti