...

Türkmənistan və İtaliya yüksək səviyyədə danışıqlar aparır

Siyasət Materials 25 Noyabr 2009 16:17 (UTC +04:00)
Bu yaxınlarda Romaya rəsmi səfər edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün İtaliyanın Baş naziri Silvio Berluskoni ilə görüşəcək.
Türkmənistan və İtaliya yüksək səviyyədə danışıqlar aparır

Türkmənistan, Aşqabad, 25 noyabr / Trend , müxbir H.Həsənov/

Bu yaxınlarda Romaya rəsmi səfər edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün İtaliyanın Baş naziri Silvio Berluskoni ilə görüşəcək.

"Türkmənistan liderinin İtaliyaya rəsmi səfəri son illərdə yeni irəliləyiş əldə edilən Türkmənistan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsi yolunda daha bir addım olacaq", - "Türkməndövlət xəbərləri" yazır.

"Bu danışıqlar dövlətlərarası ənənəvi dostluq münasibətlərinin fəallaşmasına yeni təkan verilməsi və uzunmüddətli prespektivə hesablanan qaşılıqlı əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi üçündür", - bu gün milli telekanal "Altın Asır" qeyd edib.

Danışıqların yekununda hüquqi bazanın möhkəmləndirilməsi üzrə ikitərəfli sənəd paketi imzalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti