...

Uels Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır

Siyasət Materials 3 Dekabr 2009 17:20 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Uels hökumətinin başçısı Rodri Morqan ilə ikitərəfli əməkdaşlığın inkişaf məsələlərini müzakirə edib.
Uels Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir M.Əliyev/

Uels Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Uels hökumətinin başçısı Rodri Morqan ilə ikitərəfli əməkdaşlığın inkişaf məsələlərini müzakirə edib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.

Azərbaycan səfiri Uels hökumətinin rəhbərini ölkədəki və regiondakı siyasi proseslər, reallaşdırılmış layihələr, ölkədəki əlverişli investisiya iqlimi barədə məlumatlandırıb.

Uels hökumətinin başçısı və Azərbaycan diplomatı əməkdaşlığın inkişaf imkanlarını müzakirə edib və bütün bu imkanların istifadəsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanması üzrə danışıqlar prosesi məsələsinə də toxunulub.

Azərbaycan səfiri həmçinin Kardiff Universitetinin nümayəndələri ilə görüşüb və onlarla universitetin Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti