...

Azərbaycanda baş redaktorun barəsində cinayət işi başlanıb

Siyasət Materials 16 Dekabr 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qanunsuz yolla ali məktəbə tələbə qəbul etdirməkdə təqsirli bilinən baş redaktorun barəsində cinayət işi başlanıb.

Səbail rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, "Azərbaycan tərəqqisi" qəzetinin baş redaktoru 47 yaşlı Rasim Hüseynov Mərkəzi Kiliniki Xəstəxananın əməkdaşı 32 yaşlı Ramin Rzayevdən yaxın qohumunu ali məktəbə qəbul etdirmək üçün 5 min ABŞ dolları alıb. Hüseynov pulu alsa da, vədinə əməl etməyib.

Rzayev pulunun mənimsənilməsi barədə polisə ərizə ilə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti