...

Gürcüstan Prezidenti Cənubi Qafqazdakı iqlim dəyişiklikləri barədə danışıb

Siyasət Materials 18 Dekabr 2009 13:12 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Kopenhagen Beynəxalq Sammitində iqlim dəyişikliklərinə həsr olunmuş çıxışında əsasən Cənubi Qafqazdakı iqlim dəyişikliyinə diqqət ayırıb.
Gürcüstan Prezidenti Cənubi Qafqazdakı iqlim dəyişiklikləri barədə danışıb

Gürcüstan, Tbilisi, 18 dekabr / Trend , müxbir NşKİrtsxalia/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Kopenhagen Beynəxalq Sammitində iqlim dəyişikliklərinə həsr olunmuş çıxışında əsasən Cənubi Qafqazdakı iqlim dəyişikliyinə diqqət ayırıb.

"Cənubi Qafqazda iqlim dəyişikliyi açıq aydın hiss olunur. Bunun daşqınlar, sürüşmələr, meşə yanğınları və sahillərin eroziyası təsdiq edir", - Saakaşvili deyib.

Bununla bağlı olaraq o, Soçi Olimpiada obyektlərinin tikintisi üçün Abxaziyadan ətalətli materialların daşınmasına görə Qafqazın ekosisteminin məhv edilməsinə diqqət yetirib

"Olimpia oyunları ümumi dəyər və mədəniyyətdir, lakin bu baş verdiyi zaman təbiətin məhv edilməsinə və ekosistemin sabitliyini pozulmasına səbəb olur", - Saakaşvili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti