...

Gürcüstanın ilk prezidentinin oğlu Moskvadadır

Siyasət Materials 25 Yanvar 2010 15:49 (UTC +04:00)
Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün araşdırılması üzrə müvəqqəti parlament komissiyanın sədri, onun oğlu Konstantin Qamsaxurdiya artıq Moskvadadır.
Gürcüstanın ilk prezidentinin oğlu Moskvadadır

Gürcüstan, Tbilisi, 25 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün araşdırılması üzrə müvəqqəti parlament komissiyanın sədri, onun oğlu Konstantin Qamsaxurdiya artıq Moskvadadır. Gürcüstan Parlamentindən Trend -a verilən məlumata görə, komissiyanın digər üzvləri Bejan Xurçidze və Mixail Osadze də onunla birlikdə Rusiya paytaxtına yollanıblar.

Səfərin məqsədi Zviad Qamsaxurdiyanın ölüm səbəblərinin araşdırılmasında Gürcüstanın keçmiş yüksəkvəzifəli şəxsləri və siyasi xadimlərinin dindirilməsidir. Məlumata görə, parlament komissiyasının üzvləri hazırda Moskvada yaşayan Tengiz Kitovani, Şota Kviraya, Bejan Çurçumiya və İqor Giorqadze ilə görüşəcəklər.

Konstantin Qamsaxurdiya ümid edir ki, prezident Şevardnadzeyə qarşı terror aktı təşkil etməkdə günahlandırılan İqor Giorqadze keçmiş təhlükəsizlik naziri kimi Gürcüstanın ilk prezidenti haqqında lazım olan məlumatı təqdim edəcək.

Moskvada əldə olunan bütün ifadələr hüquqi qüvvəyə malik olması üçün notarial qaydada təsdiq ediləcək.

Maraqlıdır ki, İqor Giorqadze onda Zviad Qamsaxurdiyanın ölümünün intihar deyil, qətl olduğunu təsdiq edən sübutların olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti