...

Azərbaycanda Çin vətəndaşına xəsarət yetirən şəxsi polis saxlayıb

Siyasət Materials 11 Fevral 2010 13:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayonunda Qax rayon sakini Zaxar Dərişova məxsus sağlamlıq salonuna gəlmiş Ağdam rayon sakini Samir Əhmədov, oranın işçisi, Çin vətəndaşı Zhanq Honq Meiyə dəmir parçası ilə ayaq nahiyəsindən xəsarət yetirərək kassadakı 155 manatı aparmağa cəhd göstərib.
Azərbaycanda Çin vətəndaşına xəsarət yetirən şəxsi polis saxlayıb

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Çin vətəndaşına xəsarət yetirən şəxsi polis saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayonunda Qax rayon sakini Zaxar Dərişova məxsus sağlamlıq salonuna gəlmiş Ağdam rayon sakini Samir Əhmədov, oranın işçisi, Çin vətəndaşı Zhanq Honq Meiyə dəmir parçası ilə ayaq nahiyəsindən xəsarət yetirərək kassadakı 155 manatı aparmağa cəhd göstərib.

Əhmədov salondan çıxarkən Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Çin vətəndaşı xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra buraxılıb.

Xəbər lenti

Xəbər lenti