...

Azərbaycanda soyadların milliləşdirilməsi üçün yeni sonluqlar müzakirəyə çıxarılıb

Siyasət Materials 13 Fevral 2010 12:09 (UTC +04:00)
"Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanan konsepsiyadakından əlavə soyad sonluqları ilə bağlı digər təkliflər də irəli sürülür. Təkliflər sırasında Azərbaycan adının sonu "can"la qutardığından, soyad sonluğuna "-can" şəkilçisinin artırılması var. Təklif kimi maraqlıdır, müzakirə etmək olar, amma düşünürəm ki, bunlar özünü doğrultmayan təkliflərdir. Soyad məsələsində mütləq ənənə müəyyən qədər qorunmalıdır.
Azərbaycanda soyadların milliləşdirilməsi üçün yeni sonluqlar müzakirəyə çıxarılıb

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda soyadların milliləşdirilməsi üçün yeni sonluqlar müzakirəyə çıxarılıb.

"Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanan konsepsiyadakından əlavə soyad sonluqları ilə bağlı digər təkliflər də irəli sürülür. Təkliflər sırasında Azərbaycan adının sonu "can"la qutardığından, soyad sonluğuna "-can" şəkilçisinin artırılması var. Təklif kimi maraqlıdır, müzakirə etmək olar, amma düşünürəm ki, bunlar özünü doğrultmayan təkliflərdir. Soyad məsələsində mütləq ənənə müəyyən qədər qorunmalıdır. Yeni fikri qəbul etdirmək çox çətindir. Biz indi keçmiş ənənəni qəbul etdirə bilmirik", - şənbə günü Trend -a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib.

Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Cəfərovun sözlərinə görə, soyadların dəyişdirilməsi təklifləri qəbul olunandan sonra müəyyən vaxtdan bəri anadan olanların soyadlarında dəyişiklik prosesi başlayacaq. Əhalinin yerdə qalan hissəsi isə sadələşdirilmiş qaydada bu prosesə qoşula biləcəklər.

"Soyadların dəyişdirilməsi üçün ya sərəncam veriləcək, ya da qanun qəbul olunacaq. Soyadların dəyişdirilməsi Azərbaycan Prezident Adminstrasiyasına təqdim olunan konsepsiyanın təsdiq olunmasından daha çox asılıdır", - deputat əlavə edib.

Onun fikrincə, soyadların dəyişdirilməsi prosesi məcburi xarakter daşımayacaq.

"Müəyyən prosedur qaydalar müəyyənləşəndən sonra kim istəsə, öz soyadını dəyişdirə biləcək və bu zaman çox sadələşdirilmiş qaydalar tətbiq olunacaq", - Cəfərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti