Çin 2027-2028-ci illərdə ABŞ-dan kömür idxal edəcək

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 08:37 (UTC +04:00)
Çin 2027-2028-ci illərdə ABŞ-dan kömür idxal edəcək

Bakı. Trend:

Pekin və Vaşinqton ticarət-iqtisadi məsləhətləşmələr zamanı Çinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxalının şərtləri ilə bağlı razılığa gəliblər.

Bu barədə Çinin Ticarət Nazirliyinin bəyanatında deyilir.

Kömür tədarükü hər iki tərəfin gömrük rüsumlarını qarşılıqlı şəkildə azaltmaq barədə razılığa gəldiyi 30 milyard dollar dəyərində məhsullar siyahısına daxil ediləcək.

“Bu, 2027 və 2028-ci illərdə ABŞ-dan Çinə kömür idxalına şərait yaradacaq. Amerika kömürünün idxalı Çinin daxili kömür bazarını sərfəli şəkildə tamamlayır, eyni zamanda ABŞ-ın kömür sənayesi üçün sabit iqtisadi gəlirlər və iş yerləri təmin edir ki, bu da ikitərəfli ticarətin sabitləşməsinə və genişlənməsinə kömək edir”, - deyə sənəddə qeyd olunur.

“Gözləyirik ki, birgə səylər nəticəsində Çin və ABŞ arasında kömür sənayesi sahəsində əməkdaşlıq bundan sonra da dərinləşəcək və qarşılıqlı faydalı nəticələrin əldə olunmasını təmin edəcək”, - deyə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti