...

Azərbaycan hüquq-mühagizə orqanları Sumqayıt şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 22 Fevral 2010 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində ötən həftə baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunur ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.5,), qəsdən adamöldürməyə cəhd (29, 120.5, 29, 120.27) və qanunsuz olaraq odlu silah ələd etmə, başqasına vermə, satma, saxlama, daşıma, gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

Şənbə günü səhər 07:45-də iki naməlum şəxs Makarov tipli silahdan atəş açaraq 1985-ci il təvəllüdlü Vüqar Balayevi qətlə yetirib. Onun atası 1957-ci il təvəllüdlü İsmayıl Balayev onlara müqavimət göstərib. Nəticədə, o da ayağından ağır xəsarət alıb.

Hadisə ilə bağlı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Cinayəti törədən şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Xəbər lenti

Xəbər lenti