Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesə ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Estoniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.
İlham Əliyev Toomas Hendrik İlvesə möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına sülh və rifah arzulayıb.