...

İran ABŞ və Böyük Britaniyanı "Cundullah"ı dəstəklədiyinə görə beynəlxalq məhkəməyə verəcək - parlament üzvü

Siyasət Materials 24 Fevral 2010 10:20 (UTC +04:00)
İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri bildirib ki, İranda ABŞ və Böyük Britaniyanın "Cundullah" qruplaşmasının rəhbərini dəstəklədiyini göstərən sənədlər var və bu sənədlər beynəlxalq məhkəməyə təqdim ediləcək.
İran ABŞ və Böyük Britaniyanı "Cundullah"ı dəstəklədiyinə görə beynəlxalq məhkəməyə verəcək - parlament üzvü

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir T.Cəfərov/

İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri bildirib ki, İranda ABŞ və Böyük Britaniyanın "Cundullah" qruplaşmasının rəhbərini dəstəklədiyini göstərən sənədlər var və bu sənədlər beynəlxalq məhkəməyə təqdim ediləcək.

"Bizdə Əbdülmalik Reyginin ABŞ, Böyük Britaniya və sionist rejiminin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməsi barədə sənədlər var və biz bu sənədlərlə beynəlxalq hüquq məhkəmələrinə müraciət edərək, onların İran xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmasını istəyəcəyik", - Kövsəri bu gün telefonla Tehrandan Trend -a deyib.

Çərşənbə axşamı İranın milli təhlükəsizlik orqanı tərəfindən Reyginin həbs olunması barədə məlumat daxil olub. İran kəşfiyyat idarəsinin mətbuat xidmətinin məlumatına əsasən, Reygi Şərq ölkələrinin birində xüsusi əməliyyat nəticəsində həbs edilib. İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlarda və təxribatlarda ittiham edir.

"Biz dünya ictimaiyyətinə terrorizmlə mübarizənin ABŞ, Böyük Britaniya və sionist reimi tərəfindən deyil, həqiqi mənada bizim tərəfimizdən aparılmasını göstərəcəyik, - İsmayıl Kövsəri deyib. - ABŞ, Böyük Britaniya və sionist rejimi terroristlərə təlimlər keçir, lakin dünya ictimaiyyətinə özlərini terrorla mübarizə aparanlar kimi göstərirlər".

Reyginin rəhbərlik etdiyi "Cundullah" qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə aiddir. Hərəkat polislər və hərbi xidmətçilərin həlak olması ilə nəticələnmiş bir neçə partlayış təşkil edib. Sonuncu irimiqyaslı terror aktını öz üzərinə götürən "Cundullah" 2009-cu ilin oktyabr ayında İranın cənub-şərqində partlayış törədib və 50 nəfərin həlak olmasına səbəb olub.

Kövsəri əlavə edib ki, İranın daxili işlər nazirinin Pakistana sonuncu səfərindən sonra Pakistan təhlükəsizlik qüvvələri Reyginin həbs edilməsi məqsədi ilə İranla əməkdaşlıq edirdi.

Xəbər lenti

Xəbər lenti