...

Azərbaycanla bağlı məruzənin AŞ PA-nın iyun sessiyasında müzakirə olunacağı gözlənilir – Səməd Seyidov

Siyasət Materials 13 Aprel 2010 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri deyib ki, Azərbaycanla bağlı məruzənin iyun sessiyasında müzakirəyə çıxarılacağı ehtimalı böyükdür.

"Azərbaycanla bağlı məruzə sessiyaya çıxarılmazdan öncə aprel ayında qurumun Monitorinq Komitəsində müzakirə olunmalıdır", - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidovun sözlərinə görə, bu məruzənin obyektiv olmasını istəyirlər. "Məruzəçilər bu sənəddə Azərbaycanda gedən iqtisadi inkişafı, demokratik prosesləri və digər pozitiv addımları qeyd etməlidirlər", - nümayəndə heyətinin rəhbəri əlavə edib.

AŞ PA-nın Monitorinq Qrupunun həmməruzəçiləri fevralın əvvəllərində Azərbaycanda səfərdə olublar. Dövlət rəsmiləri və ictimai təşkilatlarla görüşlər keçiriblər. Bu səfərin nəticələrinə dair hesabat hazırlanıb.

Xəbər lenti

Xəbər lenti