...

AŞ nümayəndə heyəti seçkiqabağı mühiti öyrənmək üçün Gürcüstana gəlib

Siyasət Materials 3 May 2010 11:25 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Konqresin nümayəndə heyəti Gürcüstanda seçkiqabağı mühiti öyrənəcək. Nümayəndə heyəti bu gün səhər Tbilisiyə gəlib.
AŞ nümayəndə heyəti seçkiqabağı mühiti öyrənmək üçün Gürcüstana gəlib

Gürcüstan, Tbilisi, 3 may /Trend, müxbir N.Kirsxalia/

Avropa Şurası Yerli və Regional Konqresin nümayəndə heyəti Gürcüstanda seçkiqabağı mühiti öyrənəcək. Nümayəndə heyəti bu gün səhər Tbilisiyə gəlib.

Nümayəndə heyətinin rəhbəri Günter Kruq bildirib ki, bu mərhələdə nümayəndə heyəti mayın 30-da Gürcüstanda keçiriləcək seçkilərdən əvvəl seçkiqabağı vəziyyəti öyrənəcək.

"Hazırda bizim qrupumuz ilkin görüşlər keçirir. Lakin mayın 30-na kimi müşahidəçilərdən ibarət çoxsaylı nümayəndə heyəti gələcək, onlar seçkilərin gedişini izləyəcək", - Kruq bildirib.

Nümayəndə heyəti MSK-da hakimiyyət və siyasi partiyaların nümayəndələri ilə görüşlər də keçirəcək.

Xəbər lenti

Xəbər lenti