...

Azərbaycan və Serbiya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub (YENİLƏNİB)

Siyasət Materials 13 May 2010 16:27 (UTC +04:00)
Mayın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan və Serbiya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub (YENİLƏNİB)

Mayın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair dünən və bu gün yaxşı müzakirələrimiz oldu. Əlbəttə, əminəm ki, Sizin ölkəmizə səfəriniz ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə və bir çox sahələri əhatə edən münasibətlərimizin genişləndirilməsinə doğru atılan mühüm addım olacaqdır. Bizim çox güclü siyasi əlaqələrimiz vardır. Ümidvaram ki, iqtisadi əməkdaşlığımız da həmin strateji xəttə uyğun olacaqdır. Serbiya ilə münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, güclü ikitərəfli əlaqələrimiz Balkan və Qafqaz regionları arasında da regional əməkdaşlıq üçün yaxşı imkanlar açacaq və biz irəliyə doğru gedəcəyik", - Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətdə deyib.

"Səfəriniz münasibətlərimizin tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz bunu yüksək qiymətləndiririk və dəvətimizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Əminəm ki, bu gün apardığımız müzakirələr və imzalanacaq sənədlər ölkələrimiz arasında uzunmüddətli strateji münasibətlər üçün olduqca möhkəm zəmin yaradacaqdır", - Azərbaycan Prezidenti bildirib.

Serbiya Prezidenti Boris Tadiç səmimi qəbul üçün təşəkkür edərək deyib ki, Azərbaycanda olmağından şərəf hissi duyur.

"Siz də qeyd etdiyiniz kimi, bu, sizin ölkənizə prezident səviyyəsində bizim ilk səfərimizdir. Beləliklə, biz tarix yazırıq. Ümidvaram ki, biz münasibətlərimizi gələcəkdə əsl dostlar kimi inkişaf etdirəcəyik. Mən yaşadığımız, inkişaf edən regionlarda - Balkan və Qafqaz arasında bir çox oxşarlıqları görürəm. Burada qarşımızda eyni çətinliklər durur. Biz ikitərəfli münasibətlərin inkişaf etdirilməsində çox maraqlıyıq. Lakin, eyni zamanda, ölkələrimizin üzləşdiyi bəzi çətinliklər və problemlərin həlli ilə bağlı bir-birimizlə fikir mübadiləsi aparırıq. Burada - Bakıda, Azərbaycanda olarkən mən bir çox oxşarlıqların şahidi oldum. Əvvəlcə onu deməliyəm ki, xalqlarımızı və ölkələrimizi birləşdirən oxşarlıqlar vardır. Fikrimcə, Siz də ölkəmizə səfər etsəniz, bunların şahidi olarsınız. Cənab Prezident, hesab edirəm ki, ərazi bütövlüyümüzün qorunmasında ümumi maraqlarımız vardır. Biz fikirlərimizlə bölüşdük və bu cür məsələlər bizim üçün prinsipial xarakter daşıyır. Serbiya bütün dünya ölkələrinin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Bu baxımdan Siz bizə arxalana bilərsiniz", - Boris Tadiç qeyd edib.

Xəbər lenti

Xəbər lenti