...

İlham Əliyev Yəmən Prezidenti Əli Abdullah Salenə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 21 May 2010 20:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Əli Abdullah Salenə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Yəmən Prezidenti Əli Abdullah Salenə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Əli Abdullah Salenə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti