...

Azərbaycan Parlamenti bir sıra inzibati pozuntulara görə cərimələrin məbləğini artırıb

Siyasət Materials 31 May 2010 12:35 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin bazar ertəsi keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrinə dəyişiklik edilib.
Azərbaycan Parlamenti bir sıra inzibati pozuntulara görə cərimələrin məbləğini artırıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Bağırov/

Azərbaycan Parlamenti bir sıra inzibati pozuntulara görə cərimələrin məbləğini artırıb.

Trend-in məlumatına görə, Milli Məclisin bazar ertəsi keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrinə dəyişiklik edilib.

İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsinə edilən dəyişikliklə hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədilə gəmi kapitanının qanuni sərəncamlarını yerinə yetirməməsinə görə, cərimənin məbləği 100 manat müəyyən edilib.

Dəyişikliyə qədər bu inzibati pozuntuya görə, 20-25 manat məbləğində cərimə nəzərdə tutulurdu.

Həmçinin, təyyarədə kompüter, foto və videoçəkiliş, elektrik rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə cərimənin miqdarı 100 manata qədər qaldırılıb.

Məcəllənin 134-cü maddəsinə edilən dəyişikliklə təyyarədə müəyyən edilməmiş yerlərdə siqaret çəkənlər 100 manat miqdarında cərimə olunacaqlar.

Dəyişikliyə qədər bu pozuntuya görə, 30-40 manat məbləğində cərimə nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti