...

Özbəkistan - Vyetnam viza razılaşması qüvvəyə minib

Siyasət Materials 4 İyun 2010 14:49 (UTC +04:00)
Cümə günü diplomatik pasport sahiblərinin vizalardan azad edilməsinə dair Özbəkistan - Vyetnam hökumətlərarası sazişi öz qüvvəsinə minib, - bu barədə Özbəkistan hökuməti xəbər verir.
Özbəkistan - Vyetnam viza razılaşması qüvvəyə minib

Özbəkistan, Daşkənd, 4 iyun /Trend, müxbir D.Əzizov/

Cümə günü diplomatik pasport sahiblərinin vizalardan azad edilməsinə dair Özbəkistan - Vyetnam hökumətlərarası sazişi öz qüvvəsinə minib, - bu barədə Özbəkistan hökuməti xəbər verir.

Razılaşma Daşkənddə aprelin əvvəlində Vyetnamın Baş nazirinin müavini Xoanq Çunq Xayın buraya səfəri çərçivəsində imzalanıb.

Sənədə müvafiq olaraq, həqiqi diplomatik pasporta malik olan və bu iki ölkənin ərazisində girişə, çıxışa və tranzitə ehtiyac duyan Özbəkistan və Vyetnam vətəndaşları vizalardan azad edilir və onların hər iki ölkədə 60 gün qalmaq hüququ vardır.

Hal-hazırda Özbəkistan və Vyetnam arasında olan ikitərəfli münasibətlərin razılıq-hüquqi bazası ticarət, sərmayə, vergi qoyulması, hava əlaqəsi, elm-texnika və turizm sahəsində ikitərəfli münasibətləri reqlament edən 10 hökumətlərarası sazişdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti