...

Azərbaycan və Türkiyə hərbçiləri birgə konfrans və təlimlər keçirəcəklər

Siyasət Materials 9 İyun 2010 10:48 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən, iyun ayında birgə konfrans və təlimlər keçirəcək.
Azərbaycan və Türkiyə hərbçiləri birgə konfrans və təlimlər keçirəcəklər

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən, iyun ayında hər iki ölkə hərbçiləri birgə konfrans və təlimlər keçirəcək. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Plana əsasən, hərbçilər iyun ayının 15-17 tarixində Xorvatiyanın paytaxtı Zaqrebdə NATO və Tərəfdaş Ölkələrin Quru Qoşunları Komandanlarının Konfransında iştirak edəcək, 15-20 iyun tarixində Türkiyənin İstanbul şəhərində KQS-dən mühafizə tədbirləri üzrə təcrübə mübadiləsi və KQS əleyhinə birliklərin yeni silahlarla qorunma vasitələrinin müzakirəsi, İstanbulda, həmçinin, 14-18 iyun tarixində "Yıldızlar" Suüstü Təlim Mərkəzində gəmilərin döyüşə hazırlıq və davamlılıq təlimləri sahəsində başlanğıc, ilk və son nəzarət təlimlərinin verilməsi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti