Özbəkistan, Daşkənd, 16 iyun /Trend, D. Əzizov/
ABŞ Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Robert Bleyk Özbəkistana planlaşdırılan səfəri çərçivəsində Fərqanə vadisinin sərhədyanı rayonlarında qurulan qaçqın düşərgələrinə baş çəkəcək və onların yaşayış tərzi ilə maraqlanacaq, - ABŞ Dövlət Katibinin ictimaiyyət və mətbuatla əlaqələr üzrə köməkçisi Filip Krouli məlumat verib.
Əvvəllər xəbər verildiyi kimi, Bleykin Özbəkistana dövlət səfəri iyunun 17-nə və 18-nə nəzərdə tutulub.
ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisi Maykl Pozner və ABŞ Təhlükəsizlik Şurasında Mərkəzi Asiya üzrə direktor Kurt Donelli daxil olacaq.