...

Moskva və Vaşinqton, fikir ayrılıqlarına baxmayaraq, Gürcüstandakı vəziyyətin nizamlanması üçün dialoqu davam etdirməlidirlər – ABŞ səfiri

Siyasət Materials 8 İyul 2010 11:18 (UTC +04:00)
ABŞ Rusiyanın Gürcüstanla bağlı mövcud fikir ayrılıqlarına mövqeyini dəqiqliklə bəyan edib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas ABŞ dövlət katibinin Tbilisiyə səfəri ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.
Moskva və Vaşinqton, fikir ayrılıqlarına baxmayaraq, Gürcüstandakı vəziyyətin nizamlanması üçün dialoqu davam etdirməlidirlər – ABŞ səfiri

Gürcüstan, Tbilisi, 8 iyul /Trend, müxbir N.Kirsxaliya/

ABŞ Rusiyanın Gürcüstanla bağlı mövcud fikir ayrılıqlarına mövqeyini dəqiqliklə bəyan edib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas  ABŞ dövlət katibinin Tbilisiyə səfəri ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.

Klinton qeyd edib ki, Gürcüstan ərazisi işğal edilib və Rusiya 12 avqust 2008-ci il tarixli razılaşmaya əsasən qoşunlarını ölkədən çıxarmalıdır.

"ABŞ mövcud fikir ayrılıqlarını Moskva ilə münasibətdə açıq şəkildə dəstəkləyir və bizim bəyanatlar aydındır, ikimənalı xarakter daşımır", - Bas bildirib.

Bununla yanaşı, amerikalı səfir qeyd edib ki, Moskva və Vaşinqton fikir ayrılıqlarına baxmayaraq, Gürcüstandakı vəziyyətin nizamlanması üçün dialoqu davam etdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti