...

Gürcüstan nümayəndə heyəti Cenevrə danışıqlarına yola düşüb

Siyasət Materials 26 İyul 2010 11:30 (UTC +04:00)
Bu gün Gürcüstan nümayəndə heyəti Qafqaz üzrə danışıqların növbəti mərhələsində iştirak etmək üçün Cenevrəyə yola düşüb. Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya rəhbərlik edir.
Gürcüstan nümayəndə heyəti Cenevrə danışıqlarına yola düşüb

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan nümayəndə heyəti Qafqaz üzrə danışıqların növbəti mərhələsində iştirak etmək üçün Cenevrəyə yola düşüb. Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya rəhbərlik edir.

Cenevrə danışıqlarının növbəti mərhələsi iyulun 27-də keçiriləcək. İclasdan əvvəl Cenevrə danışıqlarının həmsədrləri olan Pyer Morel (Aİ), Anti Turunen (BMT) və Bulat Nurqaliyev (ATƏT) danışıqların iştirakçıları ilə birlikdə münaqişə zonasındakı vəziyyəti, itkin düşənlərlə və həbs olunanlarla bağlı problemi, eləcə də humanitar məsələləri nəzərdən keçiriblər. Həmsədrlər danışıqların yekunları üzrə tərəfləri Cənubi Osetiya münaqişəsi zonasında 2009-cu ilin oktyabrından sonra keçirilməyən insidentlərin aradan qaldırılması üzrə görüşləri bərpa etməyə və "qaynar xətt"dən tam şəkildə istifadə etməyə çağırırlar.

Georgi Bokeriya Cenevrəyə uçmazdan əvvəl Tbilisi aeroportunda jurnalistlərə bildirib ki, Gürcüstan nümayəndə heyəti "bu görüşdən çox şey gözləmir".

"Bədbinliyi Moskvanın bu danışıqları pozmağa yönəlmiş siyasəti doğurur, həm də Rusiyanın göstərişi ilə Suxumi və Sxinvalidən olan separatçılar bu danışıqlarda iştiraklarını dayandırdıqlarını bəyan ediblər və sonradan fikirlərini dəyişiblər", - o qeyd edib.

Nazir müavini bildirib ki, "Tbilisi separatçıların mövqelərini dəyişmələrini alqışlayır, çünki istənilən danışıqlar dialoqun olmamasından daha yaxşıdır".

"Biz gərginliyin azaldılmasına kömək edəcək istənilən mövzuda danışıqlar aparmağa hazırıq", - o qeyd edib.

Moskva, Suxumi və Sxinvali görüş ərəfəsində Tbilisinin müharibənin yenidən başlanmaması haqda sazişi rəsmiləşdirməsini tələb edən bəyanatla çıxış edib. Bununla yanaşı, onlar bu sazişin birbaşa Tbilisi ilə Suxumi və Sxinvali arasında bağlanmasını tələb edirlər. Gürcü tərəfi müharibənin yenidən başlamaması haqda sazişi yalnız Moskva ilə imzamağa hazırdır. Çünki rəsmi Tbilisi 2008-ci ildəki hərbi əməliyyatlara görə, Moskvanın məsuliyyət daşıdığını hesab edir.

Xəbər lenti

Xəbər lenti