...

Azərbaycan Prezidenti YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib

Siyasət Materials 29 İyul 2010 14:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər, - "AzərTAc" Dövlət Teleqraf Agentliyi xəbər verir.
Azərbaycan Prezidenti YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər,  - "AzərTAc" Dövlət Teleqraf Agentliyi xəbər verir.

YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qarşılayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru xanım İrina Bokova ilə görüşü olub.

Dövlətimizin başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev, onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulayıb. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova, rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını deyib. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə mühüm planların olduğunu deyib. Dövlətimizin başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti