...

Azərbaycan Prezidenti Rusiya hökumətinin medalı və fəxri fərmanı ilə təltif olunub (FOTO)

Siyasət Materials 2 Avqust 2010 13:12 (UTC +04:00)
Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin bazar ertəsi RF-in Azərbaycandakı Səfirliyində "1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki Qələbənin 65 illiyi" stolüstü medallarını təqdim edib.
Azərbaycan Prezidenti Rusiya hökumətinin medalı və fəxri fərmanı ilə təltif olunub (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin bazar ertəsi RF-in Azərbaycandakı Səfirliyində "1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki Qələbənin 65 illiyi" stolüstü medallarını təqdim edib.

Medallar Rusiya Prezidenti Dmitri Medvedevin başçılıq etdiyi "Qələbə" təşkilat komitəsi tərəfindən təsis olunub.

"Qələbə" mükafatlarının təqdim edilməsi zamanı Azərbaycanın ictimai təşkilatlarının və ayrı-ayrı vətəndaşlarının veteranlarla işlərdə və Qələbənin 65 illiyi təntənələrinin keçirilməsində önəmli rolu qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Müharibə Veteranları Şurası medallar və fəxri fərmanlarla təltif ediliblər.

Həmçinin, medallar Leninqrad Blokadası İştirakçıları İctimai Birliyinə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, eləcə də RF-in Azərbaycandakı Səfirliyinə təqdim olunub.

Mərasimdə Böyük Vətən müharibəsi veteranları, eləcə də Leninqrad mühasirəsinin iştirakçıları iştirak ediblər.

"Biz heç vaxt əlində silah Qələbə naminə döyüşənlərin qəhrəmanlığını unutmayacağıq. Sovet xalqının birliyi sayəsində bizim üçün və bütün Avropa üçün qələbə əldə olundu", - Narışkin tədbirdə deyib.

"Biz Prezident İlham Əliyevə minnətdarıq, biz Azərbaycan hakimiyyəti və siyasətçilərinin, eləcə də Böyük Vətən müharibəsinin dərslərinin qorunub-saxlanması üçün əllərindən gələn hər şeyi edən tarixçilərin mövqeyini qiymətləndiririk. Bu gün mən böyük məmnuniyyətlə fəxri fərmanı və medalı İlham Heydəroviç Əliyevə təqdim etmək istəyirəm", - Rusiya Prezidenti Administrasiyasının rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti