...

Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay Azərbaycanda qanunsuz yaşayan 790 əcnəbi ölkə ərazisindən çıxarılıb

Siyasət Materials 6 Avqust 2010 11:04 (UTC +04:00)
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, 705 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 85 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay Azərbaycanda qanunsuz yaşayan 790 əcnəbi ölkə ərazisindən çıxarılıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay Azərbaycanda qanunsuz yaşayan 790 əcnəbi ölkə ərazisindən çıxarılıb.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, 705 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 85 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

İyul ayında keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 1060 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 270 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Ötən dövr ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 2488 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti