...

Azərbaycanda həbsxanada cəza çəkən məhkuma narkotik gətirən şəxs tutulub

Siyasət Materials 10 Avqust 2010 17:52 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.
Azərbaycanda həbsxanada cəza çəkən məhkuma narkotik gətirən şəxs tutulub

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsxanada cəza çəkən məhkuma narkotik gətirən şəxs tutulub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, avqustun 10-da Qobustandakı həbsxanada cəza çəkən Xalıq Məmmədovun yanına sovqat gətirmiş yaxın qohumu, Bərdə rayon sakini Anar Cəfərovun ərzaq məhsullarına baxış zamanı konfetin içərisində 11 ədəd sellofona bükülmüş, xalis çəkisi 4,881 qram olan heroin tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.

Məmmədov hədə-qorxu ilə tələb etmə, xuliqanlıq cinayətlərində ittiham olunaraq, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti