Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununu tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, öz səlahiyyətləri daxilində "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Prezident İlham Əliyev əvvəl qəbul olunmuş qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununu tətbiq edilməsi haqqında sərəncam imzalayıb