...

İranın Bakıdakı Səfirliyi Azərbaycan vətəndaşlarını Pakistanda daşqınlardan zərərçəkənlərə yardım göstərməyə çağırıb

Siyasət Materials 24 Avqust 2010 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı Səfirliyi ölkə vətəndaşlarını Pakistanda daşqınlardan zərərçəkənlərə yardım göstərməyə çağırıb. Səfirlik bu məqsədlə İran Milli Bankının Bakı filialında 341102000004 nömrəli hesab açıb. Bu barədə Trend-ə bu ölkənin Azərbaycandakı Diplomatik Nümayəndəliyindən məlumat verilib.

Məlumatda İranın Azərbaycandakı Səfirliyi ölkənin iş adamlarına, ticarət strukturlarına və sadə adamlarına daşqınlardan zərərçəkmiş pakistanlılara yardım göstərilməsi xahişi ilə müraciət edib.
Bu günlər Pakistan ölkənin bütün tarixi ərzində ən dəhşətli təbii fəlakətin qurbanı olub.

Sellər xalqın həyatına, daşınmaz əmlaka və infrastruktura görünməmiş ziyan vurub. İki minə yaxın insan daşqınların qurbanı olub, minlərlə adam zərər çəkib, 5 min kənd tamamilə dağılıb, təxminən, 14 milyon insan ev-eşiyini itirib.

BMT bu faciənin 2004-cü ildə tüğyan etmiş sunamidən və bu yaxınlarda Haitidə baş vermiş zəlzələdən dəhşətli olduğunu bildirib. Təşkilat beynəlxalq birliyə bu məsələdə Pakistanla əməkdaşlıq etmək xahişi ilə müraciət edib.

Hələlik dəyən ziyanın məbləği müəyyən edilməyib. Lakin ilkin məlumatlara görə o, milyardlarla dollar həcmində hesablanır.

Pakistan rəhbərliyi beynəlxalq ictimaiyyətə daşqının nəticələrinin aradan qaldırılması üçün köməklə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti