...

KİV Azərbaycanda Parlament seçkilərinin işıqlandırılmasında müstəsna səlahiyyətlərə malikdir - Əli Həsənov

Siyasət Materials 25 Avqust 2010 13:39 (UTC +04:00)
KİV Azərbaycanda Parlament seçkilərinin işıqlandırılmasında müstəsna səlahiyyətlərə malikdir. Bu barədə çərşənbə günü Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dairə seçki komissiyaları sədrlərinin ixtisasartırma kursları zamanı görüşündə deyib.
KİV Azərbaycanda Parlament seçkilərinin işıqlandırılmasında müstəsna səlahiyyətlərə malikdir - Əli Həsənov

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir М.Əliyev/

KİV Azərbaycanda Parlament seçkilərinin işıqlandırılmasında müstəsna səlahiyyətlərə malikdir. Bu barədə çərşənbə günü Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dairə seçki komissiyaları sədrlərinin ixtisasartırma kursları zamanı görüşündə deyib.

"Bütün digər strukturlar seçkilərin keçirilməsini müşahidə etmək üçün qeydiyyatdan keçirlər, lakin KİV nümayəndələri müvafiq vəsiqə təqdim etməklə, seçkiləri müşahidə edə bilərlər", - Həsənov deyib.

Bununla yanaşı, Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, KİV öz işlərini seçki prosesinə mane olmayaraq təşkil etməlidir. "KİV-in səlahiyyəti onlara seçki prosesinə maneçilik törətməyə əsas vermir", - Həsənov deyib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası avqustun 23-də dairə seçki komissiyaları sədrlərinin ixtisaslarının artırılması üzrə kurslara başlayıb.

Avqustun 29-dək keçiriləcək kurslarda öz mühazirələri ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri çıxış edəcəklər.

MSK 2007 və 2009-cu illərdə dairə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmişdi.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti