...

Azərbaycan və Ukrayna insan orqanlarının "qara transplantasiya"sı ilə bağlı işi birgə araşdıracaqlar – Zakir Qaralov

Siyasət Materials 1 Oktyabr 2010 11:29 (UTC +04:00)
Ukrayna Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına insan orqanlarının qanunsuz transplantasiyası haqqında işi birgə araşdırmaqla bağlı müraciət ediblər. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib.
Azərbaycan və Ukrayna insan orqanlarının "qara transplantasiya"sı ilə bağlı işi birgə araşdıracaqlar – Zakir Qaralov

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ukrayna Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına insan orqanlarının qanunsuz transplantasiyası haqqında işi birgə araşdırmaqla bağlı müraciət ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib.

"Biz hüquqi yardım haqqında ikitərəfli əməkdaşlıq çərçivəsində bu faktın araşdırılması üçün ukraynalı həmkarlarımıza kömək etməyə hazırıq", - Qaralov bildirib.

Bundan əvvəl bəzi KİV-də guya Azərbaycanda Ukrayna və İsrail vətəndaşlarının insan orqanlarının "qara transplantasiyası"nı həyata keçirən tibb müəssisələri haqqında məlumat yayılmışdı.

Azərbaycan Baş Prokurorluğu bu məsələyə aydınlıq gətirilməsi üçün qurumun Beynəlxalq Əlaqələr İdarəsinə Ukrayna Baş Prokurorluğunun müvafiq strukturları ilə əlaqə saxlamaqla bağlı tapşırıq vermişdi.

"Əgər bizim həkimlər belə cinayətlər törədiblərsə, onlar mütləq cinayət məsuliyyətinə cəlb olunacaqlar", - Baş prokuror bildirib.

Xəbər lenti

Xəbər lenti