...

Bakıda bu ilin 9 ayında yol qəzası zamanı 16 uşaq ölüb, 54 nəfər xəsarət alıb - Dövlət Yol Polisi İdarəsi

Siyasət Materials 6 Oktyabr 2010 13:05 (UTC +04:00)
Hənifəyev bildirib ki, uşaqlarla bağlı ən çox qəzalar Bakının Nərimanov (10 qəza qeydə alınıb, 2 nəfər ölüb, 9 nəfər yaralanıb), Suraxanı (10 qəza zamanı 2 ölüm, 11 yaralı), Binəqədi (9 qəza, 1 ölüm, 8 yaralı), Nizami (8 qəza, 1 ölüm, 9 yaralı) rayonlarında qeydə alınıb.
Bakıda bu ilin 9 ayında yol qəzası zamanı 16 uşaq ölüb, 54 nəfər xəsarət alıb - Dövlət Yol Polisi İdarəsi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda bu ilin 9 ayında uşaqlarla bağlı 64 yol qəzası qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev çərşənbə günü Trend-ə bildirib ki, qeydə alınan qəzalar zamanı 16 uşaq həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hənifəyev bildirib ki, uşaqlarla bağlı ən çox qəzalar Bakının Nərimanov (10 qəza qeydə alınıb, 2 nəfər ölüb, 9 nəfər yaralanıb), Suraxanı (10 qəza zamanı 2 ölüm, 11 yaralı), Binəqədi (9 qəza, 1 ölüm, 8 yaralı), Nizami (8 qəza, 1 ölüm, 9 yaralı) rayonlarında qeydə alınıb.

Səbail və Xəzər rayonlarında 6, Xətaidə 5, Yasamalda 3, Sabunçuda 4, Qaradağda 3 belə qəza baş verib.

Bakının Nəsimi rayonunda bu ilin 9 ayında uşaqlarla bağlı yol qəzası qeydə alınmayıb.

Şöbə rəisi bildirib ki, paytaxtda bu il sentyabrın 15-dən başlanan "Diqqət, uşaqlar" təhlükəsizlik aylığı ilə bağlı tədbirlər davam etdirilir. Aylıq oktyabrın 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti