...

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə və Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib

Siyasət Materials 6 Oktyabr 2010 14:25 (UTC +04:00)
DMX-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xidmətin rəisi, II dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Arzu Rəhimov Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və Hindistanın ölkəmizdəki səfiri Debnad Şounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərdən, "bir pəncərə" prinsipinin müsbət nəticələrindən danışıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə və Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə və Hindistanın Azərbaycandakı səfirlərini qəbul edib.

DMX-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xidmətin rəisi, II dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Arzu Rəhimov Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və Hindistanın ölkəmizdəki səfiri Debnad Şounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərdən, "bir pəncərə" prinsipinin müsbət nəticələrindən danışıb.

Rəhimov miqrasiya idarəetmə mexanizminin təkmilləşdirildiyini, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun sadələşdirildiyini, bu sahədə şəffaflığın təmin olunduğunu nəzərə çatdırıb.

Səmimi qəbula görə xidmət rəisinə təşəkkür edən səfirlər Azərbaycanda miqrasiya sahəsində yürüdülən siyasətə müsbət münasibət bildirib, "bir pəncərə" prinsipinin meyarlarını yüksək dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti