...

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 86 nəfəri saxlayıblar

Siyasət Materials 8 Oktyabr 2010 13:52 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq mühafizə orqanlarına təhvil verilib.
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 86 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 86 nəfəri saxlayıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq mühafizə orqanlarına təhvil verilib.

Sentyabr ayı ərzində 12 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə, 14 nəfər saxlanılıb.

Saxlanılan 14 sərhəd pozucusundan 7-si Azərbaycan, 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 1-i Rusiya, 1-i Qırğızıstan, 1-i isə Bolqarıstan vətəndaşıdır.

Sentyabrda Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən 20 halda 44 nəfər sərhəd rejim pozucusu saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 8 halda 1 kiloqram 256 qram narkotik maddə çıxarıblar.

Həmçinin, 70 halda ümumi dəyəri 1 milyon 703 min manat olan qaçaqmal saxlanılıb.

Xəbər lenti

Xəbər lenti