...

Gürcüstanın eks-prezidenti ölkənin terrorizm arealına çevriləcəyindən qorxur

Siyasət Materials 1 Noyabr 2010 13:43 (UTC +04:00)
Gürcüstan hakimiyyətinin Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq etməsi Gürcüstanı terrorizm arealına çevirə bilər. Bu barədə eks-prezident Eduard Şevardnadze bu gün "Asaval-Dasavali" həftəliyinə bəyan edib.
Gürcüstanın eks-prezidenti ölkənin terrorizm arealına çevriləcəyindən qorxur

Gürcüstan, Tbilisi, 01 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hakimiyyətinin Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq etməsi Gürcüstanı terrorizm arealına çevirə bilər. Bu barədə eks-prezident Eduard Şevardnadze bu gün "Asaval-Dasavali" həftəliyinə bəyan edib.

"Bu qərar məni narahat edir, deyərdim ki, hətta qorxudur. Çünki o, Gürcüstan üçün çox pis səslənə bilər", - o qeyd edib.

"İndi Gürcüstan sərhədi açıqdır və təhlükəsizliyin təmin olunması üçün heç bir şərait yoxdur. Kim istəsə - istər vicdanlı vətəndaş, istər terrorçu onu keçə bilər, bunu anlamaq çətindir", - Şevardnadze deyib.

"Bundan başqa, birinci rus-çeçen müharibəsindən sonra olduğu kimi, çeçenlərin Gürcüstana gəlişi istisna olunmur. O vaxt biz adamların belə axınının öhdəsindən güclə gəldik. Onlara Kaxeti və Abxaziyanı məhv etmək tapşırılmışdı, lakin biz onlarla insancasına davrandıq və onlar bu planlardan imtina etdilər. İndi məgər biz adamların belə yürüşünə hazırıq?", - o bəyan edib.

Şevardnadze qeyd edib ki, hakimiyyətin Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq etməsi haqqında qərarı "Gürcüstanın şimali qafqazlılarla, xüsusilə də çeçenlərlə münasibətlərini korlaya bilər".

Xəbər lenti

Xəbər lenti