...

Azərbaycanda parlament seçkiləri demokratik və şəffaf keçirilib – AVCİYA

Siyasət Materials 8 Noyabr 2010 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda parlament seçkiləri demokratik və şəffaf keçirilib. Bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

"Qeydə alınmış pozuntular az sayda məntəqələri əhatə etdiyindən, seçkilərin nəticələrinə ciddi təsir göstərməyib. Seçki konstruktiv keçib. İlk dəfə elektron səsvermənin də keçirilməsi müsbət haldır. Elektron səsvermənin heç bir hüquqi qüvvəsi olmasa da, bu sahədə atılmış ilk addımdır", - Zülfüqarlı əlavə edib.

Azərbaycanda noyabrın 7-də parlament seçkisi keçirilib. Deputatlığa mübarizəyə 690 namizəd qatılıb. Mərkəzi Seçki Komissiyasının dünən gecə yaydığı məlumatda qalib deputatların adları açıqlanıb. Seçkilər 125 dairə üzrə aparılıb.

Azərbaycanda keçirilən parlament seçkiləri zamanı AVCİYA 106 seçki dairəsi üzrə 4400 məntəqədə müşahidə aparıb.

Xəbər lenti

Xəbər lenti