...

San-Dieqoda Azərbaycan Günü elan edilib (FOTO)

Siyasət Materials 8 Noyabr 2010 18:09 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və Baş Konsulluğun vitse-konsulu Ramil Qurbanov San-Dieqo şəhərində olublar.
San-Dieqoda Azərbaycan Günü elan edilib (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və Baş Konsulluğun vitse-konsulu Ramil Qurbanov San-Dieqo şəhərində olublar. Səfər Bakı rayonlarından biri ilə ikitərəfli münasibətlər qurmaqda maraqlı olan Svitser şəhər rayonunun bir qrup sakinlərinin dəvəti ilə baş tutub. Azərbaycan diplomatları San-Dieqonun İctimai televiziyasının rəhbərliyi ilə görüşlər keçiriblər və ictimai binaların və parkların layihələşdirilməsində ixtisaslaşan "Pablik" arxitektir qrupunun işi ilə tanış olublar.

San-Dieqo Dövlət Universitetinin müəllim heyəti ilə görüşdə çıxış edən Süleymanov Azərbaycan cəmiyyətindəki çoxəsrlik tolerantlıq adətləri haqqında danışıb və ölkənin geostrateji regionda aparıcı rolunu qeyd edib. Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun gücləndirilməsi üzrə təşəbbüsü xüsusi qeyd edilib.

Diplomatlar səfər zamanı "Kafe 21" restoranında keçirilən Azərbaycan Mədəniyyəti Gecəsində iştirak ediblər. Tədbirdə San-Dieqo dairəsinin rəhbərlərindən biri Ron Robertsin və San-Dieqo şəhər Şurasının üzvü Todd Qloriyanın rəsmi təbrikləri oxunub. Qloriya öz çıxışında müsəlman dünyasında ilk demokratik respublikanın Azərbaycanda yaranması faktını qeyd edib və San-Dieqonun üçüncü rayonunda Azərbaycan Gününü elan edib.

Bundan əvvəl baş konsul Süleymanov Kaliforniyanın Klermont şəhərində Skripps kollecinin Avropa İttifaqı məsələləri üzrə Mərkəzində çıxış edib. Azərbaycan diplomatı çıxışında ümumi Avropa məkanında inteqrasiya proseslərinin uğuru üçün etnik radikalçılıq, şovinizm və ikili standartlar siyasətindən imtina edilməsinin əhəmiyyətini qeyd edib.

Baş Konsulluq əməkdaşlarının səfəri yerli mətbuatda işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti