...

Azərbaycan və Belarus prezidentləri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafında göstərilən səyləri təsdiq ediblər

Siyasət Materials 1 Dekabr 2010 17:26 (UTC +04:00)
Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko ATƏT-in Astana sammiti çərçivəsində ikitərəfli görüş zamanı iki dövlət arasında tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafına sadiq olduqlarını təsdiq ediblər.
Azərbaycan və Belarus prezidentləri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafında göstərilən səyləri təsdiq ediblər

Azərbaycan və Belarus prezidentləri İlham ƏliyevAleksandr Lukaşenko ATƏT-in Astana sammiti çərçivəsində ikitərəfli görüş zamanı iki dövlət arasında tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafına sadiq olduqlarını təsdiq ediblər. Bu barədə "BELTA" məlumat verib.

"Biz dost və tərəfdaşıq, - görüş zamanı Aleksandr Lukaşenkoya müraciət edən İlham Əliyev deyib. - Sizin bu yaxınlarda Azərbaycana səfərinizi çox yaxşı xatırlayırıq".

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər bütün sahələrdə fəal surətdə inkişaf edir. "Biz sizin uğurlarınıza sevinirik və fəal əməkdaşlığın davam edəcəyinə ümid edirik", - Azərbaycan Prezidenti əlavə edib.

Öz növbəsində Aleksandr Lukaşenko Azərbaycanın Belarusa həm maliyyə, həm də digər istiqamətlər üzrə daima göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. "Bizim çoxlu layihələrimiz var və onlar həyata keçirilir. Bu əladır. Və əmin ola bilərsiniz ki, biz ölkənizin və sizin qarşınızdakı öhdəliklərimizi yerinə yetirəcəyik", - o qeyd edib.

Belarus dövlətinin rəhbəri Azərbaycan Prezidentinin ATƏT sammitindəki çıxışını da toxunub: "Bu, dinlədiyimiz bütün çıxışlar arasında ən qısa və ən dəqiq çıxış idi".

Xəbər lenti

Xəbər lenti