...

Türkiyə uzunsürən münaqişələrin həllinə öz köməyini göstərməyə hazırdır - Prezident

Siyasət Materials 2 Dekabr 2010 10:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 2 dekabr /Trend, müxbir A.Maratov/

Türkiyə ATƏT məkanında keyfiyyətcə yeni təhlükəsizlik şəraitinin yaradılması və həmrəylik əsasında maneələrin dəf olunması planında işləməyə hazır olduğunu təsdiqləyir. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül bu gün Astanada ATƏT sammitinin ikinci günündə çıxışı zamanı bildirib.

"Əgər qətiyyətimizi ifadə edə bilsək və sammitin yekunu üzrə gələcək fəaliyyətimizi müəyyən edəcək siyasi bəyannaməni qəbul etsək, o zaman sammitə onun qarşısına qoyulan vəzifələri həll etməyə imkan verərik", - Gül deyib.

Onun fikrincə, ATƏT məkanındakı həlli yubanan münaqişələrin indiyədək aradan qaldırılmaması faktı təşkilatın nüfuzuna xələl gətirir.

"Sammitin həlli yubanan münaqişələrə münasibətlərimizdə dönüş anı olmasını təmin etmək vacibdir. Konkret işdə öhdəliklərin yaranması üçün malik olduğumuz bütün vasitələrdən istifadə etməliyik", - o, qeyd edib.

Gülün dediyi kimi, Türkiyə öz tərəfindən Gürcüstan, Moldova və Azərbaycandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsasında həlli üçün kömək etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti