...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın özbək dilində təqdimatı keçiriləcək

Siyasət Materials 8 Dekabr 2010 11:09 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın özbək dilində təqdimatı keçiriləcək.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın özbək dilində təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın özbək dilində təqdimatı keçiriləcək.

Deputat Hüseynbala Mirələmovun "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının təqdimatı Özbəkistanın Daşkənd şəhərində keçiriləcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Təqdimat mərasimində Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov iştirak edəcək. Millət vəkilləri görkəmli dövlət xadiminin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

Xəbər lenti

Xəbər lenti