Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan hakimiyyəti əlavə vergilər tətbiq etməklə xalqı üsyana təhrik edir. Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze belə hesab edir.
O, hakimiyyətin suyun və bələdiyyə nəqliyyatında gedişin qiymətlərinin artırılmasını belə şərh edib.
"Belə düşünülməmiş qərarlar sadəcə həyəcanlara deyil, eləcə də inqilaba gətirib çıxaracaq. Çünki onsuz da yoxsullaşmış xalq küçələrə çıxacaq", - eks-prezident Gürcüstanın "Asaval-Dasavali" jurnalına müsahibəsində bildirib.
Şevardnadze hesab edir ki, məhsul və nəqliyyatın qiymətlərinin getdikcə artmasına "xalq sadəcə dözməyəcək".
"Xalq onsuz da çətinliklə dolanır və küçələrə çıxmağa mənən hazırdır", - o, qeyd edib.
Gürcüstan müxalifəti bəyan edib ki, yazda Gürcüstanda Mixail Saakaşvili rejiminin devrilməsinə gətirib çıxaracaq kütləvi etiraz aksiyalarına başlanılacaq.