...

Azərbaycan Gürcüstanla sərhədlərin delimitasiyası məsələsində ərazi mübadiləsi imkanını nəzərdən keçirmir – XİN (YENİLƏNİB)

Siyasət Materials 13 Dekabr 2010 18:22 (UTC +04:00)

RED. əlav.: Azərbaycan tərəfinin reaksiyası əlavə olunub

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanla sərhədlərin delimitasiyası məsələsində ərazi mübadiləsi imkanını nəzərdən keçirmir.

"Sərhədyanı ərazi Keşikçidağda ərazi mübadiləsi məsələsi müzakirə predmeti deyil", - Azərbaycan XİN-in mövqeyini bildirən nazirliyin rəsmi nümayəndəsi Elxan Poluxov Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin Gürcüstanın kompleksi Azərbaycana güzəştə getməyə hazırlaşmadığı barədə bəyanatını şərh edən zaman deyib.

"Azərbaycana David Qareci monastırının güzəştə gedilməsi məsələsi heç vaxt gündəlikdə olmayacaq", - Gürcüstan XİN rəhbərinin müavini Nino Kalandadze ənənəvi həftəlik brifinqdə bəyan edib.

"Hələlik delimitasiya məsələsində biz razılığa gəlməmişik, lakin monastır kompleksinin güzəştə gedilməsi məsələsi heç vaxt müzakirə olunmayacaq", - o qeyd edib.

Bu gün Gürcüstanda bəzi qəzetlər Azərbaycan ərazisində yerləşən David Qareci monastırı əvəzində Gürcüstanın digər əraziləri, o cümlədən Erisimedi kəndini təklif etməsi barədə materiallar dərc ediblər.

Gürcülərin David Qareci kompleksi adlandırdıqları Keşikçidağ kompleksi Gürcüstanla sərhədin razılaşdırılmamış hissəsində yerləşir.

Tərəflərin Azərbaycan tarixçilərinin Alban mədəniyyətinin abidəsi hesab etdikləri Keşikçidağ kompleksinin kimə mənsub olması ilə bağlı fikir ayrılıqları var.

"Azərbaycan ilə Gürcüstan arasında ümumi uzunluğu 480 kilometr olan dövlət sərhədinin 180 kilometri indiyədək dəqiqləşdirilməyib", - Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bir müddət əvvəl Trend-ə bildirmişdi.

Xəbər lenti

Xəbər lenti